Azərbaycan nefti bahalaşır


Digərləri 06 Dek 2018 23:46:00 220 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 64,06 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,2 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 62,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 5-də 58,8 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.