Qeyrət hissi necə olur?


Digərləri 06 Dek 2018 23:15:00 307 0

Qeyrət hissi necə olur?

Dinimizdə qeyrət hissi iki yerə bölünür:

1. Din və dindarlıq barəsində edilən qeyrət.

2. Namusa görə edilən qeyrət.

Son.az deyerler.org-a istinadən bildirir ki, din və dindarlıq barəsində qeyrət deyildikdə o nəzərdə tutulur ki, insan dinə edilən xəyanətə görə və ya vacibatlarının cəmiyyətdə tərk edilməsinə görə həssaslıq göstərər və ürəyi yanar. Onlara qarşı etinasız olmaz. İslami dəyərlərin inkişaf etməsi üçün səy göstərər və çalışar. Ən mühüm vəzifə olan əmr-be-məruf və nəhy-əz-munkəri tərk etməz.

Namus barəsində edilən qeyrət dedikdə isə öz həyat yoldaşının, ananın, bacının, qızlarının namusunu qorumaq nəzərdə tutulur. Onların iffətinə diqqət edər və şəhvət yaradan geyimlərdən uzaq olmalarına səy göstərər. Onların yersiz yerə naməhrəmlə söhbət etmələrinə qadağa qoyar. Onları davamlı olaraq hicaba və təqvaya dəvət edər.

Bu deyilənlərdən əlavə qeyrəti başqa iki dəstəyə bölürlər:

1. Bəyənilən qeyrət.

2. Bəyənilməyən qeyrət.