Gündə 10 dəfə “HAYHUY” deyin Sufilərin


Digərləri 06 Dek 2018 23:05:00 246 0

Gündə 10 dəfə “HAYHUY” deyin  Sufilərin

Uşaq dünyaya gələndə ilk nəfəs alması zamanı "hay" sözünə bənzər səs gəlir. Son nəfəsi verərkən isə "huy"a bənzər səs çıxır.   Son.az medicina.az-a istinadən bildirir ki, sufilərə görə insan "hay"la gəlib, dünyadan köçəndə son nəfəsini verərkən "huy" deyir.

Məlumdur ki, insanın bütün həyatı nəfəsalma üzərində qurulub. Dərindən, doğru nəfəs almaq üçün sufilərin məsləhətləri var. Onlar içdən "hay" deyərək havanı ciyərlərə alıb saxlamaq və "huy" deyərək havanı vermək nəfəs texnikasını məsləhət görür. Bu üsul insanı bir çox xəstəliklərdən qoruyur, zehnini açır, enerji verir. Özünə doğru nəfəs alma texnikasını aşılayan insan sağlam hüceyrələrinin sayını artırmış olur.

Sufilər bu texnikanı ritual və meditasiyalarda tətbiq etsələr də, biz gündəlik həyatımızda 10 dəfə dəfə dərindən "hay-huy" deməklə bu texnikanı sınaya bilərik.