Parlamentin binası əlindən alınır


Digərləri 06 Dek 2018 22:31:00 232 0

Parlamentin binası əlindən alınır

Tailandın Milli Qanunvericilik Assambleyası (parlament) yeni il ərəfəsində ölkə parlamentinin 44 ildir ki, yerləşdiyi Banqkokun tarixi mərkəzində olan bina kompleksini tamamilə azad etməlidir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, əsas qanunvericilik orqanı hesab edilən qurum üçün hələ yeni binanın tikintisi hələ başa çatmayıb. Yanvar ayından Milli Qanuvericlik Assambleyası iclasların keçrilməsi üçün məkan kirayə edəcək.

İlkin variant kimi BMT-nin Asiya-Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyasının qərargahının konfrans zalı və ya Thammasat Universitetinin böyük auditoriyalarından biri nəzərdə tutulub.

Kiak Kay şəhərində Çaopraya çayının sahilində tikilən yeni parlament binası 2019-cu ilin iyun ayında hazır olacaq.