"Bizə Trampın razılığı lazım deyil"


Digərləri 06 Dek 2018 22:32:00 254 0

"Bizə Trampın razılığı lazım deyil"

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fəlih ABŞ prezidenti Donald Trampın neft hasilatının azaldılmasına razılığı haqqında sualı cavab verərkən qeyd edib ki, neft hasilatının həcmini azaltmaq üçün ona heç kimin icazəsi lazım deyil.

"Daha əvvəl də dediyim kimi prezidenti Donald Tramp ABŞ istehlakçılarının maraqlarından danışır. ABŞ dünyada ən böyük neft istehlakçısıdır. Ona görə də o 20 faiz neft bazarı üçün narahat olduğunu dedikdə haqlıdır. Biz bu yaxınlarda energetikanın Fransaya təsirini, neftə təsirini, məzənnələrə təsirini, inkişaf edən ölkələrdə iqtisadiyyatın inkişafına təsirini gördük", - deyə nazir bildirib.