Üzünüzü duz maskası ilə cavanlaşdırın


Digərləri 06 Dek 2018 22:35:00 273 0

Üzünüzü duz maskası ilə cavanlaşdırın

Duz üzdə olan şişkinliyi aradan qaldırır, qırışları açır, dərini hamar və elastik edir. Onu kompres şəklində istifadə edildikdə solğun dərini yenidən canlandırır.

Son.az medicina.az-a istinadən xörək duzundan cavanlaşdırıcı kimi istifadə qaydasını açıqlayır:   1) Üzə və boyuna yağlı krem çəkin. 2 x/q xörək duzunu 1 l qaynar suda həll edin. Xovlu dəsmalı bu məhlulda isladın və həm üzünüzə, həm də buxaq hissədən boğazınıza bağlayın. Kompresi üzdə 10 dəqiqə saxlayın, daha sonra sərin su ilə yuyun.