Onun böyük ürəyi


Digərləri 06 Dek 2018 22:40:00 341 0

Onun böyük ürəyi

Dişi göyərçinlər yalqız qaldıqda yumurtlaya bilmirlər. Onlar bu zaman mütləq erkək göyərçini görməlidirlər.

Köpək balıqları hətta dünyaya gəlməmişdən təhlükə mənbəyidirlər. Belə ki, alim Styuart Springer boğaz köpək balığının daxili orqanlarını təhqiq edərkən embrion onu dişləyib.

Son.az islam.az-a istinadən bildirir ki, ağ balinanın ürəyinin ölçüləri "Volkswagen Beetle" avtomobili ilə eynidir.

Buqələmunun dilinin uzunluğu bədəninin uzunluğundan 2 dəfə çoxdur.

Əgər sarı bülbülə qırmızı istiot yedizdirilsə, onun lələkləri narıncı rəngə boyanacaq.

Qartalın bir qanadından lələk düşdükdə, dərhal digərindən də eyni ilə ona bənzər bir lələk itirir. Bu, balansın və aerodinamik xüsusiyyətlərin qorunması üçün edilir.