Chevron və ExxonMobilin Azərbaycanı tərk etməsi məsələsinə


Digərləri 06 Dek 2018 22:26:00 224 0

Chevron və ExxonMobilin Azərbaycanı tərk etməsi məsələsinə

Harri Cons: BP şirkəti operator olaraq Azərbaycandakı layihələrin həyata keçirilməsindən məmnundur

BP Azərbaycan şirkəti Amerika şirkətindən "Azəri-Çıraq-Günəşli" (AÇQ-"Əsrin müqaviləsi") yatağının işlənməsini dayandırdığı barədə rəsmi olaraq heç bir bildiriş almayıb və KİV-də bu barədə yayılan müxtəlif məlumatları şərh etmir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Cons Amerikanın Chevron və ExxonMobil şirkətlərinin onlara Azərbaycanda fəaliyyətlərini dayandırdıqları barədə müraciət edib-etmədiklərinə dair sualı cavablandırarkən deyib.

AÇG-nin işlənməsi ilə bağlı bugünkü vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirən Cons deyib ki, BP şirkəti operator olaraq Azərbaycandakı layihələrin həyata keçirilməsindən məmnundur.

"Cari ildə biz AÇG-də hasilat göstəricilərini yaxşılaşdırmışıq. Bu, yüksək gəlirli layihələrdən biridir. Şirkət AÇG və Şahdəniz yatağı ilə bağlı layihələri uğurla həyata keçirir" - deyə Cons bildirib.

Bununla yanaşı, o qeyd edib ki, 2019-cu ilin birinci rübündə AÇG üzrə yeni bir platformanın inşaatına dair yekun qərar veriləcək.

ARDNŞ-in (SOCAR) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov da öz növbəsində Sputnik Azərbaycan-a bildirib ki, onlara Chevron və ExxonMobil şirkətlərindən Azərbaycanı tərk etdikləri barədə hər hansı rəsmi məlumat daxil olmayıb. KİV-də bu barədə yayılan məlumatları şərh etmək istəməyən Əhmədov, bununla əlaqədar Amerikanın sözügedən neft şirkətlərinə müraciət etməyi tövsiyə edib.

Bununla yanaşı, Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, ölkədən getməklə bağlı məlumatlar AÇG-nin işlənməsinin effektivliyi ilə bağlı hansısa şübhələrlə və yaxud layihədə Amerika şirkətlərinin payının maliyyələşməsi problemi ilə əlaqədar ola bilməz.