İllərdir, bizi aldadırmışlar Özlərindən


Digərləri 06 Dek 2018 22:05:00 258 0

İllərdir, bizi aldadırmışlar  Özlərindən

Məşhur tibb jurnallarında dərc olunan araşdırmaların əksəriyyəti uydurmadır.

Son.az medicina.az-a istinadən bildirir ki, belə etirafla dünyada tanınan "Lanset" tibb jurnalının redaktoru doktor Riçard Xarton çıxış edib. Onun sözlərinə görə, tibb aləmində aparılan araşdırmaların çoxu həqiqətə əsaslanmır və 50%-nin nəticələri saxtadır.

Bu fakt kifayət qədər həyəcanvericidir. Çünki araşdırmaların əksəriyyəti bir sıra dərmanların və vaksinlərin istehsalına və bir çox digər hallarda insanlara kömək etmək üçün aparılır.

O əlavə edib ki, jurnal redaktorları yalançı araşdırma nəticələrini dərc etdirərək bu təhlükəli tendensiyanın artmasına səbəb olurlar.  Ən pisi isə odur ki, bəzi hallarda vəziyyət hətta cinayət astanasında olur.