Əldənələ keçən hər şey yavaşyavaş əriyər...


Digərləri 06 Dek 2018 21:55:00 280 0

Əldənələ keçən hər şey yavaşyavaş əriyər...

Bir gün Rza Şah əsgərlərlə görüşü zamanı onların halı, maddi və mənəvi vəziyyətləri ilə maraqlanandan sonra suallarının olub-olmadıqlarını soruşur.

Son.az islam.az-a istinadən bildirir ki, susmağa üstünlük verən digər əsgərlərdən fərqli olaraq, yalnız bir nəfər risk edib vəziyyətin acınacaqlı olmasına işarə edən söz deyir:

"Şah sağ olsun! Bizə göstərdiyiniz yüksək qayğıya görə, sizə hədsiz təşəkkürümüzü bildiririk. Bizləri çox sevdiyinizi də bilirik! Və onu da bilirik ki, siz, biz əsgərlər üçün kifayət qədər vəsait ayırırsınız, baxmayaraq ki, bizə ayırdığınız vəsaitin az bir qismi gəlib əlimizə çatır".

Şah sıra ilə düzülmüş əsgərlərə yaxınlaşır və əyilərək yerdən qar topası götürür. Sonra qar topasını birincə əsgərə uzadaraq sıra ilə o biri əsgərlərə ötürməyi tapşırır. Əlin istisindən əriyən qar əldən-ələ keçrərək sonuncu əsgərə kiçik qar topacığı halında çatır.