Caspian European Club və Dövlət Gömrük Komitəsi biznesforum keçiridilər FOTO


Digərləri 06 Dek 2018 21:56:00 322 0

Caspian European Club və Dövlət Gömrük Komitəsi biznesforum keçiridilər  FOTO

Dekabrın 6-da "Bulvar" oteldə Caspian European Club və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə biznes-forum keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, aidiyyəti qurumların rəhbərləri, iş adamları və ölkəmizdəki diplomatik korpusların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib. Biznes-forumda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev forum iştirakçılarını salamlayaraq bildirib ki, əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasına gömrük orqanları da öz töhfəsini verməkdədir. Son illərdə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac və tranzit potensialının artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar gömrük orqanlarının fəaliyyətində də əsaslı dönüş yaradıb.

Ölkəmizin gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, infrastrukturun yenidən qurulması və kadrların potensialının gücləndirilməsi istiqamətində görülən işlərə toxunan Komitə sədri artıq gömrük orqanlarının daha çevik və dinamik bir quruma çevrildiyini bildirib. O da qeyd olunub ki, həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə, qaçaqmalçılıq hallarının qarşısının alınması, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Komitə sədri sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sadə və sürətli şəkildə həyata keçirilməsi, ölkəmizin tranzit potensialının artırılması və digər sahələrdə görülən işlər və gələcək hədəflər barədə də iştirakçıları məlumatlandırıb.


Xəbərə aid fotolar