Yeni İl şouproqramlarının qiymətləri


Digərləri 06 Dek 2018 21:26:00 300 0

Yeni İl şouproqramlarının qiymətləri

Yeni İli ailəvi, yaxud dostlarla keçirmək istəyərkən üz tutulan məkanlar, əsasən, şou-proqramlı restoranlar olur. 

Son.az oxu.az-a istinadən bəzi restoranların Yeni İli qeyd etmək üçün təklif etdikləri şərait və qiymətləri təqdim edir:

Hər axşam şou-proqramlı olan "Oazis" restoranında Yeni il 23 dekabrdan başlayacaq. Qiymət bir adam üçün 29-30 dekabrda 40 manat, bayram günləri 100-150 manat təşkil edəcək. Ədalət Şükürov, Rəşad İlyasov, Əhməd Mustafayev, Faiq Ağayev, Rəhim Rəhimli, Qurd, Ramil Nabran kimi ifaçılar əyləncəli gecəyə rəng qatacaqlar.

"Ay İşığı" restoranı Yeni İli qeyd etməyə 25 dekabrdan başlayacaq. 100-300 manat aralığında dəyişən qiymətlərdə menyu eynidir, ancaq səhnəyə yaxın, loja və s. əyləşdiyiniz yerə görə qiymətlər fərqlənir. 21:00-dan səhər 05:00-a kimi olan şou proqramda bir çox məşhurlar çıxış edəcək. Şou-proqram üçün biletlər satışdadır. Beş yaşa qədər uşaqlara biletlər pulsuz, 6-12 yaş arası yarı qiymətədir.

"Neolit" restoranında bayram 20 dekabrdan bir adam üçün 40 manat olaraq başlayır. 31 dekabr - bayram günü 150 manat təşkil edən şou-proqramda Nura Suri, Kərim Abbasov, Niyam Salami, Elnarə Xəlilova, Səidə Sultan ifa edəcək.