Bu 8 yaşlı oğlan YouTubeun ən çox qazananıdır: O, ildə


Digərləri 06 Dek 2018 21:09:00 239 0

Bu 8 yaşlı oğlan YouTubeun ən çox qazananıdır: O, ildə

YouTube-da qablaşdırılmış oyuncaqlarını qutulardan necə çıxardığını və onlarla oyununu nümayiş etdirən səkkiz yaşlı oğlan YouTube-un ən çox qazanan ulduzudur. Onun illik gəliri 37 milyon manat (22 milyon dollar) təşkil edib.

Forbes jurnalı tərəfindən təqdim olunan bu rəqəm göstərir ki, Ryan ToysReview adlı kanalı vasitəsilə Ryan, Jake Paul-dan 848 min manat (500 min dollar) daha çox pul qazanıb.

Demək olar ki, hər gün yeni video təqdim olunur və ötən bazar günü kanala yerləşdirilən sirli böyük mavi yumurta videosu artıq bir milyondan çox izlənilib.

Dude Perfect kanalı isə 35 milyon manat (20 milyon dollar) ilə üçüncü yerdə qərarlaşıb, Forbes-da yazılıb.

Ən çox qazananlar   Adlar Dəyər 1 Ryan ToysReview 37 milyon manat (22 milyon dollar) 2 Jake Paul 36 milyon manat (21.5 milyon dollar) 3 Dude Perfect 34 milyon manat (20 milyon dollar) 4 Daniel Middleton 31 milyon manat (18.5 milyon dollar) 5 Jeffree Star 30 milyon manat (18 milyon dollar) 6 Markiplier 29.7 milyon manat (17.5 milyon dollar) 7 Evan Fong 28.8 milyon manat (17 milyon dollar) 8 Jacksepticeye 27 milyon manat (16 milyon dollar) 9 PewDiePie 26.3 milyon manat (15.5 milyon dollar) 10 Logan Paul 24.6 milyon manat (14.5 milyon dollar)