Binəqədidə qumbara, partladıcı və civə tapıldı (FOTO)


Digərləri 06 Dek 2018 20:45:00 198 0

Binəqədidə qumbara, partladıcı və civə tapıldı (FOTO)

Binəqədi rayonu, Atatürk prospekti 70 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Bakı. Binəqədidə qumbara, partladıcı və civə tapıldı. ANAMA-dan Trend-ə verilən məlumata görə, bu gün saat 13:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 70 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qərərgahı Radiokimya laboratoriyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qərərgahı Radiokimya laboratoriyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd F-1 əl qumbarası və şüşə qabda 1 kq civə maddəsi aşkar olunub.