Yad adamları həmən öldürürlər


Digərləri 06 Dek 2018 20:32:00 263 0

Yad adamları həmən öldürürlər

Noyabr ayının ortası Andaman adasında amerikalı turist sentinel qəbiləsi tərəfindən qətlə yetirildi.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu adanın yerli sakinləri adaya qədəm basan istənilən yad insana hücum edir, qətlə yetirir. Planetimizdə sivil dünya ilə əlaqə qurmaq istəməyən yüzlərlə cəmiyyət var. Onlardan bəziləri isə kifayət qədər təhlükəlidir. Siyahını oxucularımızla bölüşürük.

Yadlara ox və yayla hücum

Bir çox antropoloq etiraf edir ki, Hind okeanındakı Şimali Sentinel adasının sakinləri dünyadan tamamilə təcrid edilmiş yeganə xalqdır. Heç kəs onların hansı dildə danışdığını, saylarını və sosial statuslarını bilmir. 150 il ərzində onlarla əlaqəyə girmək cəhdi faciə ilə nəticələnib. Adaya yaxınlaşanlara sakinlər ox atır, daha yaxına gedənləri isə qətlə yetirirlər.

Con Allen Ço isə onların son qurbanıdır. Con ada sakinlərini xristianlığa dəvət etmək qərarına gəlib. Balıqçıların bildirdiyinə görə, amerikalını adaya çıxarıblar. Qəbilə sakinləri isə turistə ox və yayla hücum ediblər və meyitini çimərlikdə quma basdırıblar. Alimlər belə insidentlərdən yayınmaq üçün sentinel qəbiləsi ilə ya qayıqda, ya da helikopterdə əlaqə saxlamağı üstün tuturlar.