Xudatda partlayış:


Digərləri 06 Dek 2018 20:38:00 260 0

Xudatda partlayış:

Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərinin birində partlayış baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb.

Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Son.az