Şahzadə Salmanı ittiham edən qanun layihəsi Senata təqdim edildi


Dünya 06 Dek 2018 20:40:00 284 0

Şahzadə Salmanı ittiham edən qanun layihəsi Senata təqdim edildi

ABŞ-da bir qrup senator Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçı cinayətindən məsul tutulmasını nəzərdə tutan qanun layihəsini Senata təqdim edib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, qanun layihəsində şahzadə Salmanın Qaşıqçı cinayətinin ortağı olduğundan yüksək dərəcədə əmin olunduğu qeyd olunub.

Layihədə həmçinin, ABŞ hökumətinə və beynəlxalq ictimaiyyətə Qaşıqçı cinayəti ilə yanaşı, Yəməndəki humanitar böhrandan, Qətərin mühasirəyə alınmasından və müxaliflərə olan təzyiqlərdən dolayı da şahzadənin məsul tutulması çağırışı edilib.