Bakıda mərmər sexinə basqın edildi, mühafizəçi döyüldü


Digərləri 06 Dek 2018 20:20:11 215 0

Bakıda mərmər sexinə basqın edildi, mühafizəçi döyüldü

Bakıda mərmər sexinə basqın edilib.

Bakı. Samir Əli - Bakıda mərmər sexinə basqın edilib. Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. 4 nəfər naməlum şəxs "Qazel" markalı yük avtomobili ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mərmər sexinə qanunsuz daxil olaraq orada mühafizəçi işləyən, 1994-cü il təvəllüdlü Kazımov Kamal Taryel oğluna daş parçası ilə xəsarət yetiriblər.