Bu şəhərlər su altında qalacaq


Digərləri 06 Dek 2018 19:52:00 304 0

Bu şəhərlər su altında qalacaq

"Batan Şəhərlər" adlı tədqiqatda okean səviyyəsində sürətlə aşağı düşən şəhərlərdən söz açılıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Amerika, Asiya, Afrikada su basqını təhlükəsi ilə üz-üzə olan şəhərlərdə prosesin müxtəlif səbəbləri var. Yanlış şəhər planı, iqlim dəyişikliyi və s. kimi faktorlar böyük fəlakətlərə səbəb ola bilər.

1. İndoneziyanın paytaxtı Cakarta dünyanın ən sürətlə çökən şəhərləri arasındadır. Ərazisinin 40%-i dəniz səviyyəsindən aşağıda yerləşən Cakarta hər il 10 düym çökür. 

2. İngiltərənin paytaxtı London oxşar təhlükə ilə üz-üzə olan şəhərlərdəndir. 11 min illik buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Temza çayının sahilində qurulmuş sədd şəhəri hər il bir neçə dəfə sel təhlükəsindən qoruyur.