Milli Gimnastika Arenasında 25ci Azərbaycan birinciliyində qrup komandalarının mükafatlandırma mərasimi keçirilib


Digərləri 06 Dek 2018 19:12:00 377 0

Milli Gimnastika Arenasında 25ci Azərbaycan birinciliyində qrup komandalarının mükafatlandırma mərasimi keçirilib

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çərçivəsində 2006-2007-ci il təvəllüdlü gimnastların qrup komandalarının lentlə hərəkətlərində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, birinci yeri "Ocaq-2", ikinci yeri Bakı gimnastika məktəbi, üçüncü yeri "Ocaq-1" komandaları tutub.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar "balacalar", "yeniyetmələr", "gənclər" yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə "balacalar" və "yeniyetmələr" yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə "International" İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.


Xəbərə aid fotolar