ABŞa məxsus hərbi gəmi təhlükəli dərəcədə


Dünya 06 Dek 2018 19:16:00 272 0

ABŞa məxsus hərbi gəmi təhlükəli dərəcədə

Reyçel Makmarr: "ABŞ və digər ölkələrin dənizdə azad üzmək hüququnu qorumaq üçün "McCampbell" gəmisi Böyük Pyotr körfəzinin ətrafında üzüb"

Birləşmiş Ştatlara məxsus "McCampbell" hərbi gəmisi Rusiyanın Sakit okeanda yerləşən bazasının yaxınlığından keçib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Rusiyaya həddən artıq olan dəniz iddiaları ilə bağlı xəbərdarlıq etmək, həmçinin ABŞ və digər ölkələrin dənizdə azad üzmək hüququnu qorumaq üçün "McCampbell" gəmisi Böyük Pyotr körfəzinin ətrafında üzüb" - deyə ABŞ-ın Sakit okeandakı donanmasının nümayəndəsi Reyçel Makmarr bildirib.

O vurğulayıb ki, bu addım Rusiyaya qarşı yönəlməyib və bu yaxınlarda Qara dənizdə, Kerç boğazında baş verənlərlə bağlı deyil. Makmarr vurğulayıb ki, Birləşmiş Ştatlar hərbçiləri beynəlxalq hüququn imkan verdiyi ərazilərdə uçacaq, üzəcək və fəaliyyət göstərəcək: "Bu, həm Yapon dənizinə, həm də dünyada digər ərazilərə aiddir".