Dünya gözəllik müsabiqəsində iki trans iştirak edəcək


Digərləri 06 Dek 2018 19:10:00 434 0

Dünya gözəllik müsabiqəsində iki trans iştirak edəcək

17 dekabr tarixində Taylandın Banqkok şəhərində "Miss Universe" gözəllik müsabiqəsi keçiriləcək.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, müsabiqədə iki trans qadın da tac uğrunda mübarizəyə qoşulacaq. İspaniyanı təmsil edən Ancela Pons adlı trans qadın artıq müsabiqənin favoritinə çevrilib.

27 yaşlı Ancela İspaniyanın Seviliya bölgəsində anadan olub. O, bildirib ki, əgər müsabiqənin qalibi olsa, bu, insan hüquqları üçün bir zəfər olacaq. "Trans qadınlar uzun müddət mühakimə edildi və onlara saymazlıq olundu. Əgər tacı mənə versələr, bu, trans qadınların trans olmayan qadınlar qədər qadın olduğunu sübut edəcək", - deyə Pons "Time" jurnalına müsahibəsində deyib.


Xəbərə aid fotolar