Milli Gimnastika Arenasında 25-ci Azərbaycan birinciliyində qrup komandalarının mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 06 Dek 2018 19:06:00 219 0

Milli Gimnastika Arenasında 25-ci Azərbaycan birinciliyində qrup komandalarının mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bu gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çərçivəsində 2006-2007-ci il təvəllüdlü gimnastların qrup komandalarının lentlə hərəkətlərində qaliblərin mükafatlandırılması mərasimi keçirilib

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çərçivəsində 2006-2007-ci il təvəllüdlü gimnastların qrup komandalarının lentlə hərəkətlərində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, birinci yeri "Ocaq-2", ikinci yeri Bakı gimnastika məktəbi, üçüncü yeri "Ocaq-1" komandaları tutub. Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.