Məşqçi: "Bədii gimnastika üzrə Azərbaycan birinciliyi yüksək səviyyədə təşkil olunub"


Digərləri 06 Dek 2018 18:48:00 320 0

Məşqçi: "Bədii gimnastika üzrə Azərbaycan birinciliyi yüksək səviyyədə təşkil olunub"

Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çox yaxşı keçir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Ocaq" idman klubunun məşqçisi Aysel Allahverdiyeva deyib.

O bildirib ki, gimnastlar tam qüvvəsi ilə çıxış edir: "Onlar ən yaxşı nəticəni göstərməyə çalışır. Turnir çox yüksək səviyyədə təşkil olunub. Milli Gimnastika Arenasında gözəl zal, işıqlandırma, musiqili müşayiət mövcuddur, gimnastlar üçün lazımi şərait yaradılıb".