Parisdən sonra Afina da qarışdı Etirazçılar polisə "Molotov kokteyli" və daş atıblar


Dünya 06 Dek 2018 18:34:00 322 0

Parisdən sonra Afina da qarışdı  Etirazçılar polisə "Molotov kokteyli" və daş atıblar

Yunanıstanın paytaxtı Afinada bir qrup etirazçı polisə daş və "Molotov kokteyli" atıb.

Son.az Trend-ə istinadən bildirir ki, etiraz aksiyası 15 yaşlı gəncin polis tərəfindən qətlə yetirilməsinin ildönümü ilə bağlı keçirilib.

Qeyd olunur ki, Afina Universitetindən parlament binasınadək təşkil olunan yürüşdə 400-ə yaxın şəxs qatılıb.

Aksiya zamanı anarxistlər polisə "Molotov kokteyli" atmağa başlayıb. Bir neçə yürüş iştirakçısı saxlanılıb.