Bilik Fondu Tovuzdakı lisey və kollecdə görüşlər təşkil edib (FOTO)


Digərləri 06 Dek 2018 18:21:35 330 0

Bilik Fondu Tovuzdakı lisey və kollecdə görüşlər təşkil edib (FOTO)

Bilik Fondu “İl boyu bilik” proqramı üzrə Tovuz şəhər N.Tusi adına Təbiət və texniki fənlər təmayüllü məktəb-lisey və Tovuz Dövlət Sosial İqtisad Kollecində şagird, tələbə, müəllim kollektivinin iştirakı ilə tədbirlər təşkil edib.

Bakı. Bilik Fondu “İl boyu bilik” proqramı üzrə Tovuz şəhər N.Tusi adına Təbiət və texniki fənlər təmayüllü məktəb-lisey və Tovuz Dövlət Sosial İqtisad Kollecində şagird, tələbə, müəllim kollektivinin iştirakı ilə tədbirlər təşkil edib. Fonddan Trend-ə verilən məlumata görə, ilk tədbir məktəb-liseydə gerçəkləşib. Təhsil ocağının direktoru Valeh Əhmədov giriş nitqində dövlətin yürütdüyü gənclər siyasəti barədə danışaraq, müasir dünyanın tələblərinə cavab verəcək səviyyədə təhsil almağın vacibliyini şagirdlərin diqqətinə çatdırıb. Fondun yerli nümayəndəsi Namiq Əliyev bölgədə yaşayan sakinlərin irəli sürdüyü sosial sifarişlər əsasında rayonun digər müəssisə və təşkilatlarında da mütəmadi tədbirlərin təşkilinə dəstək verməyə hazır olduqlarını deyib. Bildirib ki, maarifləndirici tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Tədbirdə Fondun məsləhətçisi Sevinc Babayeva “Bilik Fondunun maarifçilik fəaliyyəti” mövzusunda mühazirə ilə çıxış edib.