Elmar Məmmədyarov: "ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır"


Siyasət 06 Dek 2018 18:00:00 59 0

Elmar Məmmədyarov: "ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır"

ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır:

"Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından bəri, indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur.

Eyni zamanda, biz danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdlərini müşahidə etdik. Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi qeyri-qanuni təcrübəsini davam etdirir. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobudcasına pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir".

XİN rəhbəri əlavə edib ki, ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir:

"Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir. Biz müvafiq iştirakçı dövlətləri Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentləri tərəfindən suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə olunmasının qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərarları və sənədləri münaqişənin həllinin və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və qarşılıqlı addım kimi kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına yardım göstərməyi tələb edir. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrini aradan qaldırmağa, digər siyasi məsələlərin isə Minsk Konfransı çərçivəsində davam edən danışıqlar vasitəsilə həllinə əsaslanır".

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan hesab edir ki, sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və o, münaqişənin qısa zamanda siyasi həllində ən maraqlı tərəfdir:

"Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir.

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə çox mühüm və faydalı məsləhətləşmələrin keçirildiyini sizə məlumat verməkdən şadam. İl ərzində ilk dəfədir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən birgə bəyanatı razılaşdırmağa nail olduq. Ən vacib məqamlardan biri əlbəttə ki, intensiv və nəticəyə yönəlik, o cümlədən yüksək səviyyədə danışıqların aparılmasıdır. Hesab edirəm ki, Ermənistanda seçkilər yekunlaşdıqdan və yeni hökumət formalaşdıqdan sonra biz gələn il ciddi irəliləyiş əldə etməli və bölgəyə sülh, sabitlik və tərəqqinin gətirilməsi imkanını yaratmalıyıq".


Xəbərə aid fotolar

Bakıda qayınatasını öldürən şəxs: Alimentə görə qətlə yetirdim like
  • 06 Dek 17:52  
Digərləri Bakıda qayınatasını öldürən şəxs: Alimentə görə qətlə yetirdim

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Ş

arrow Ətraflı
Adriana keçmiş əri ilə görüşdü like
  • 06 Dek 17:52  
Digərləri Adriana keçmiş əri ilə görüşdü

Model Adriana Lima keçmiş həyat yoldaşı Marko Yariklə görüntülənib.

arrow Ətraflı
Qarabağ üçün 981 min avro like
  • 06 Dek 17:51  
İdman Qarabağ üçün 981 min avro

Qarabağ-ın büdcəsinə UEFA-dan nö

arrow Ətraflı
Fransada futbol matçları və konsert təxirə salındı like
  • 06 Dek 17:45  
Dünya Fransada futbol matçları və konsert təxirə salındı

Fransada davam edən etirazlarla əlaqədar bir sıra futbol matçları və kons

arrow Ətraflı
Ərdə olaola atası yaşda kişi ilə ailə qurdu like
  • 06 Dek 17:42  
Digərləri Ərdə olaola atası yaşda kişi ilə ailə qurdu

3 uşağını atıb başqa kişi ilə ailə quran qadınla bağlı yeni faktlar

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 06 Dek 17:40  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Dekabrın 7-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib  FOTO like
  • 06 Dek 17:38  
Siyasət Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib FOTO

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Fe

arrow Ətraflı
Məşqçi: "Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm" like
  • 06 Dek 17:36  
Digərləri Məşqçi: "Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm"

Gəncə-Naftalan sağlamlıq mərkəzinin məşqçisi Larisa Aulina il ərzində

arrow Ətraflı
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib like
  • 06 Dek 17:35  
Digərləri Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin d

arrow Ətraflı
Fransada futbol matçları və konsert təxirə salındı like
  • 06 Dek 17:32  
Digərləri Fransada futbol matçları və konsert təxirə salındı

Fransada davam edən etirazlarl əlaqədar bir sıra futbol matçları və konse

arrow Ətraflı
15 yaşında zorla ərə verildi, hamilə qalsın deyə... like
  • 06 Dek 17:32  
Dünya 15 yaşında zorla ərə verildi, hamilə qalsın deyə...

İngiltərədə qızların zorla evləndirilməsi qanunla qadağan edilib. Lakin

arrow Ətraflı
Lukaşenko narazıdır like
  • 06 Dek 17:28  
Dünya Lukaşenko narazıdır

"Müttəfiq münasibətlərində enerji ehtiyatlarının tədarükçüsü v

arrow Ətraflı
Azərbaycanlı "Kamçatka gözəli" seçildi like
  • 06 Dek 17:24  
Digərləri Azərbaycanlı "Kamçatka gözəli" seçildi

Rusiyada "Kamçatka diyarının etnik gözəli 2018" ilk gözəllik m

arrow Ətraflı
Məşqçi: Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm like
  • 06 Dek 17:21  
Digərləri Məşqçi: Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm

Gəncə-Naftalan sağlamlıq mərkəzinin məşqçisi Larisa Aulina il ərzində

arrow Ətraflı