15 yaşında zorla ərə verildi, hamilə qalsın deyə...


Dünya 06 Dek 2018 17:32:00 309 0

15 yaşında zorla ərə verildi, hamilə qalsın deyə...

İngiltərədə qızların zorla evləndirilməsi qanunla qadağan edilib. Lakin son 4 il ərzində qızını və ya yaxın qohumunu zorla evləndirdiyinə göeə 4 nəfər həbs edilib. Amma xarici və daxili işlər nazirlikləri mindən çox qurbana dəstək verib. Hökumət bu sayın azalması üçün qurbanlara haqq səslərini ucaltmağı tövsiyə edir.

Son.az publika-ya istinadən xəbər verir ki, erkən nikahın qurbanı olan bir qadının hekayəsini təqdim edir:

Uelsin cənubunda doğulan 35 yaşlı Rubio Marieni 15 yaşında ailəsi məcbur evləndirib.

"Ailəm məni tətil adı ilə Banqladeşə apardı. Əvvəl 6 həftə qalacağımızı demişdilər, amma bu altı aya qədər uzandı. Atamdan nə vaxt evə qayıdacağımızı soruşdum. Bilet pulumuzun olmadığını dedi. Mən dostlarım, evim, məktəbim üçün darıxmışdım. Bilet pulunun olmamasının bəhanə olduğunu bilirdim. Sonradan başa düşdüm ki, əsas niyyəti məni evləndirmək imiş. Bir gün ailə yeməyində atam "Rubieni evləndirsək, pis olmaz" dedi. Çox pis oldum. Boşqabımı alıb yerə çırpdım, qapıları yumruqladım. Qışqıraraq otağıma getdim. Bu cümləni necə həzm edəcəyimi bilmirdim. Məni satışa çıxartdılar. Əmim təklifləri yığdı, çox qorxunc idi. Mənə kölə kimi baxırdılar. Tanımadığım ölkədə idim, heç bir yeri tanımırdım".

Marie 30 yaşlı bir adamla evləndirilib:


Xəbərə aid foto