Məşqçi: "Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm"


Digərləri 06 Dek 2018 17:36:00 274 0

Məşqçi: "Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm"

Gəncə-Naftalan sağlamlıq mərkəzinin məşqçisi Larisa Aulina il ərzində keçirilən tədbirlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

Son.az xəbər verir ki, bunu məşqçi özü Trend-ə bildirib.

O deyib: "Mən il ərzində keçirilən tədbirlərə - yarışlar, ustad dərsləri, seminarlara görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm. Bu, bizim ustalığımızın artması və gimnastlara dəstək üçün böyük əhəmiyyət daşıyır. Keçirilən yarışlar isə uşaqlarda böyük həvəs yaradır".