"2019cu il dövlət büdcəsi haqqında” qanun İslahatlar nə vəd edir?


Digərləri 06 Dek 2018 17:20:00 460 0

"2019cu il dövlət büdcəsi haqqında” qanun  İslahatlar nə vəd edir?

Azərbaycanda həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması üçündür.

Son.az bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Ekspert xatırladıb ki, bu günlərdə Milli Məclisin növbəti plenar iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib: "Sənədə nəzər yetirdikdə aydın olur ki, növbəti ilin dövlət büdcəsi də sosialyönümlü olacaq. Belə ki, büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Növbəti ildə əhalinin sağlamlığının qorunması da diqqət mərkəzində olacaq. Gələn il səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Bununla yanaşı, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Təhsil xərcləri isə 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq".

V.Rəhimzadə qeyd edib ki, ehtiyac meyarının, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimumu məbləğinin, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin artırılması ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələridir: