Kirayə mənzil və obyektlər bahalaşıb


Digərləri 06 Dek 2018 17:08:00 198 0

Kirayə mənzil və obyektlər bahalaşıb

Bakıda oktyabr ayında kirayə mənzil və ticarət obyektləri bazarında qiymətlərdə artım müşahidə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərdə 2.45 faiz artım qeydə alnıb. Ekspert bildirib ki, kommersiya obyektlərinin icarə qiymətlərində isə 2.66 faiz artım müşahidə olunub.

N.İbrahimov əlavə edib ki, metro stansiyalarına yaxın ərazilərdə 1 və 2 otaqlı kirayə mənzillərə tələbat daha çoxdur.