“Range Rover”lə qəza törədən şəxsdən xəbər var


Digərləri 06 Dek 2018 16:44:00 255 0

“Range Rover”lə qəza törədən şəxsdən xəbər var

Bu ilin iyun ayında "Range Rover"lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun cinayət işi üzrə istintaq yekunlaşıb. 

Son.az qafqazinfo-ya istinadən, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Yaxın günlərdə məhkəmə prosesinin ilk iclası təyin ediləcək. 

Qeyd edək ki, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini hadisə yerində ölüb.