"İlk dəfə "yubka" qaldırmağı mən etmişəm”


Şou-biznes 06 Dek 2018 16:32:00 292 0

"İlk dəfə "yubka" qaldırmağı mən etmişəm”

4 qat Azərbaycan çempionuyam, birbaşa mərkəzdən vururam.

Son.az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" verlişində "Plastik əməliyyatın qurbanları" adlı mövzu müzakirə olunub. Mövzu ilə bağlı "Səhər-Səhər" verlişinə müsahibə verən "Elit star" Cəmilə səhvlik edən həkimin səhvini bir başqasına düzətdirdiyini deyib: "İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə "yubka"nı qaldırmağı və saç düzümünü mən etmişəm. Həqiqətən, bədən ölçülərim 60-90-60-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı saxlayıram. Həkimlərin birinə gedirəm səhv edir, gedirəm o biri onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni, doğurdan, pis etmişdilər". Eyni zamanda, müğənni başqalarının fikrinin onun üçün önəmli olmadığını deyib:   "Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm nəyi necə, harada edirəm. 88-90 % bütün qlobusu gəzmişəm. Azərbaycan, rus, inglis dilini bilirəm. Hələ gəlin mənim səviyəmə çatın, sonra danışarsız. Komputer arxasında oturanların bəziləri qozbeldi, bəziləri o qədər eybəcərdir ki... İnsan küçədə görsə qorxar. Oturub şərh yazırlar... 4 qat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən vururam..."


Xəbərə aid foto