"Çudo Peçka”nın sahibinin şikayəti əsasında


Digərləri 06 Dek 2018 16:04:00 275 0

"Çudo Peçka”nın sahibinin şikayəti əsasında

"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Son.az xəbər verir ki, bu barədə report-a onun vəkili Janna Bağırova məlumat verib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas dekabrın 11-nə təyin edilib.

Şikayət hakim Həsən Əhmədovun icraatına verilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.