Arvadını vəhşicəsinə qətlə yetirən kişi təslim oldu


Digərləri 06 Dek 2018 15:40:00 255 0

Arvadını vəhşicəsinə qətlə yetirən kişi təslim oldu

Arvadını qətlə yetirən Sumqayıt sakini polisə təslim olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, dekabrın 5-də Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində kirayədə yaşayan Beyləqan rayon sakini Yaqub Ağayev ailə münaqişəsi zəminində arvadı Aynurə Ağayevanı bıçaqla qətlə yetirib.