İsrail ilə innovasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)


Digərləri 06 Dek 2018 15:39:00 248 0

İsrail ilə innovasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Yüksək Texnologiyalar Parkında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasında Azərbaycan-İsrail İnnovasiya üzrə “dəyirmi masa” keçirilib.

Bakı. Yüksək Texnologiyalar Parkında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasında Azərbaycan-İsrail İnnovasiya üzrə “dəyirmi masa” keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edərək, İsrail ilə innovasiya sahəsində əməkdaşlığın Azərbaycan üçün prioritet təşkil etdiyini vurğulayıb. Tədbirdə İsrail İnnovasiya Nazirliyinin Asiya Sakit okean bölməsinin baş direktoru Cənab Avi Luvton çıxışında iki ölkə arasında innovasiya sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb.