Azərbaycanın Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq perspektivləri müzakirə edilib


Digərləri 06 Dek 2018 15:16:00 218 0

Azərbaycanın Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Avrasiya Patent Təşkilatının (APT) prezidenti Saule Tlevlessovanı qəbul edib.

Bakı. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Avrasiya Patent Təşkilatının (APT) prezidenti Saule Tlevlessovanı qəbul edib. Agentlikdən Trend-ə verilən məlumata görə, K.İmanov Prezident İlham Əliyevin tapşırığı ilə əqli mülkiyyət sahəsində ölkəmizdə aparılan geniş islahatların aparılmasını bildirib. Agentliyin İdarə Heyətinin sədri Təhsil Nazirliyi və Ümümdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirdiyi “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üzrə Milli Layihə” çərçivəsində görülən işlər, o cümlədən əqli mülkiyyətin kommresiyalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə cari il dekabrın 18-də Cenevrədə ÜƏMT-nin mənzil-qərargahında “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regionda təsiri: innovativ və yüksək texnologiya startaplarının təqdimatı” adlı tədbir təşkil edəcəyini qeyd edib.