Zakir Həsənov ön xətdə VİDEO FOTO


Digərləri 06 Dek 2018 14:41:00 241 0

Zakir Həsənov ön xətdə  VİDEO  FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti barədə məruzə edildikdən sonra bölmələrin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Gecə və gündüz şəraitində döyüş mühafizəsinin daha keyfiyyətli təşkili və müdafiənin dayanıqlığının artırılması məqsədilə yaradılan müşahidə məntəqəsindən qarşı tərəfdə yerləşən düşmən mövqelərini izləyən general-polkovnik Z.Həsənov müasir texniki vasitələrdən istifadə edilməklə xidmətin daha effektiv təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Ön xətdə yaradılmış təlim-tədris sahələrindən birində döyüş tapşırıqlarını məşq etdirən şəxsi heyətlə görüşən Müdafiə naziri, xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr əldə etmiş hərbi qulluqçuları mükafatlandırıb, bölmələrin maddi-texniki təminatı, silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, həmçinin sosial məişət şəraiti ilə tanış olub.