BakıTbilisiQars sərnişin qatarının fəaliyyətə başlayacağı


Digərləri 06 Dek 2018 14:38:29 266 0

BakıTbilisiQars sərnişin qatarının fəaliyyətə başlayacağı

Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə sərnişin qatarlarının fəaliyyətə başlama vaxtı bəlli olub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Son.az-a verilən məlumata görə, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.

Qeyd olunub ki, bu məqsədlə 2019-cu ilin birinci rübündə Azərbaycana İsveçrənin "Stadler" şirkətinin istehsalı olan yeni vaqonların gətirilməsi gündəmdədir. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanır.