Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı


Digərləri 06 Dek 2018 14:22:00 455 0

Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı

Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə sərnişin qatarlarının fəaliyyətə balşama vaxtı bəlli olub.

Bakı. Ceyhun Ələkbərov - Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə sərnişin qatarlarının fəaliyyətə başlama vaxtı bəlli olub. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır. Qeyd olunub ki, bu məqsədlə 2019-cu ilin birinci rübündə Azərbaycana İsveçrənin "Stadler" şirkətinin istehsalı olan yeni vaqonların gətirilməsi gündəmdədir. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanır.