Eksnazir qardaşından şok addım Keşmiş xidmət rəsini girov saxlayıb,


Digərləri 06 Dek 2018 13:57:00 291 0

Eksnazir qardaşından şok addım  Keşmiş xidmət rəsini girov saxlayıb,

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi başlayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Rəşad Tahirov mülki iddia verərək Ə. Əhmədovun ona dəyən ziyanı ödəməsini tələb edib. 

Ə. Əhmədovun vəkillərinin cinayət işinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməyib. 

Proses dekabrın 19-da davam etdiriləcək. 

İttihama görə, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Ə.Əhmədov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində vəzifə tutub.