Qadın jurnalist çiyni açıq libasına görə parlament binasından çıxarıldı FOTO


Dünya 06 Dek 2018 13:35:00 325 0

Qadın jurnalist çiyni açıq libasına görə parlament binasından çıxarıldı  FOTO

Məsələ sosial şəbəkələrdə etiraz doğurub.

Avstraliyada qadın jurnalist geyimi uyğunsuz hesab edildiyinə görə parlament binasından çıxarılıb.

Son.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, "ABC News"un jurnalisti Patricia Karvelas siyasətçilərlə sual-cavab zamanı zaldan qovulub.

Bu barədə məlumatı aparıcının özü Tvitter hesabından verib. Həmin gün geyindiyi libasda şəklini paylaşan Patricia bildirib ki, "çiyinləri görünən" libasına görə tədbirdə iştirakına məhdudiyyət qoyulub.


Xəbərə aid fotolar