"Maşın"da iştirak edəcəyi dəqiqləşən məşhurların adları FOTO


Şou-biznes 06 Dek 2018 13:25:00 289 0

"Maşın"da iştirak edəcəyi dəqiqləşən məşhurların adları  FOTO

"Maşın" realiti-şousunun başlamasına sayılı günlər qalıb

"Maşın" realiti-şousunun başlamasına sayılı günlər qalıb.

Son.az axşam.az-a istinadən bildirir ki, xalq artisti Murad Dadaşovun sahibi olduğu "M group production" hər zaman olduğu kimi yenə də iştirakçıların adını sirr saxlamağa çalışıb. Amma bir neçə gündür mediada yarışmaya qatılacaq tanınmışlardan bəzilərinin adları yayılıb.

Əldə etdiyimiz məlumata görə, "Maşın"ın 17-ci buraxılışında şairə Nazilə Səfərli də yer alacaq. Digər adının bəlli olduğu məşhur isə müğənni Mina Hüseyndir. O da avtomobil ətrafında dayanan 18 iştirakçıdan biri olacaq. 17-ci buraxılışda tamaşaçılar aparıcı Firuzə Cəlilovanı da (Fira) görə biləcəklər.

Bu, Mina və Nazilənin şouda ilk iştirakı olacaq. Fira isə artıq ikinci dəfə yarışmaya qatılacaq.


Xəbərə aid foto