ABŞ senatorları: “Yaranmış vəziyyət bu iyrənc planın başında vəliəhdin durduğunu təsdiqləyir”


Dünya 06 Dek 2018 13:15:00 243 0

ABŞ senatorları: “Yaranmış vəziyyət bu iyrənc planın başında vəliəhdin durduğunu təsdiqləyir”

ABŞ-da bir qrup senator səudiyyəli müxalif jurnalist, "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsinə görə məsuliyyətin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırlayıb. 

Son.az report-a istinadən xəbər verir ki, senatorlar layihəni Senata təqdim ediblər. 

Respublikaçılar Partiyasından olan senatorlar Lindsi Qrem, Marko Rubio və Todd Yanq, Demoktarlar Partiyasından Dayann Feyinsteyn, Ed Marke və Kristofor Kun bildiriblər ki, vəlihd şahzadə Məhəmməd bin-Salman Camal Qaşıqçının öldürülməsi cinayətinə ortaqdır: "Yaranmış vəziyyət bu iyrənc planın gerçəkləşdirilməsinin başında vəliəhdin durduğunu təsdiqləyir".

Senator L.Qrem ABŞ-da yaşamaq icazəsi olan C.Qaşıqçının 3 övladının ABŞ vətəndaşları olduğuna diqqəti çəkərək, layihəyə yazılı münasibətində bildirib: "ABŞ-ın vəhşi Qaşıqçı cinayəti haqqında qəti bir açıqlama verməsi milli təhlükəsizlik maraqları baxımından çox böyük əhəmiyyət daşıdığına inanıram".