Gürcüstandan qanunsuz yolla gətirilən


Digərləri 06 Dek 2018 13:02:00 190 0

Gürcüstandan qanunsuz yolla gətirilən

Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 250D" markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd "Samsung", 56 ədəd "X-inova", 28 ədəd "NYHN", 21 ədəd "Kgtel" və 19 ədəd "Odscn" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.


Xəbərə aid fotolar