Uşaq ikən uşaq doğan analar...


Digərləri 06 Dek 2018 12:48:00 299 0

Uşaq ikən uşaq doğan analar...

Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalsa da, bu say yenə də 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində olan göstəricilərdən yüksəkdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən il ərzində 18 yaşadək olan analar tərəfindən 2421 uşaq doğulub. 2016-cı ildə bu göstərici 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296 uşaq olub.

Son 23 il ərzində Azərbaycanda 18 yaşadək analar tərəfindən ən çox uşaq 2011-ci ildə doğulub. Həmin ildə 4 392 yenidoğulmuşun anası yaşı 18-dək olan qadınlar olub. 18 yaşadək analar tərəfindən ən az uşağın doğulduğu il isə 2001-ci il olub ki, həmin ildə 1774 uşaq bu yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.

Ümumilikdə götürdükdə ötən il 18 yaşadək olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalsa da, bu say 1995-ci ildən 2005-ci ilədək olan müddətdə (hər il) doğulan uşaqların sayından yüksək olub. Belə ki, 1995-ci ildə ölkədə 2 198, 2000-ci ildə 1 864, 2001-ci ildə 1 774, 2002-ci ildə 1 903, 2003-cü ildə 1 962, 2004-cü ildə 2 276 uşaq yaşı 18-dək olan analar tərəfindən dünyaya gətirilib.

Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür. Yalnız 2017-ci ildə 18 yaşadək olan analar tərəfindən 2 421 uşağın 740-ı şəhər, 1 681-i kənd yerlərində dünyaya göz açıb.