Dillər Universiteti Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransında iştirak edib (FOTO)


Digərləri 06 Dek 2018 11:55:25 274 0

Dillər Universiteti Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransında iştirak edib (FOTO)

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua konfransda iştirak edib.

Bakı. Dekabrın 4-5-də Çinin Çendu şəhərində dünyanın 140 ölkəsindən 2 minə yaxın iştirakçı - Konfutsi sinifləri və təşkilatlarının nümayəndələrini bir araya gətirən Konfutsi İnstitutlarının XIII Konfransı keçirilib. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua da konfransda iştirak edib. Universitetdən Trend-ə verilən məlumata görə, konfransın bölmələrində Konfutsi İnstitutlarının idarə edilməsinin təkmilləşdirilməsi, Çində təlim keçmiş müəllimlərin hazırlanmasında keyfiyyətin yaxşılaşdırılması, "Çin dili körpüsü" proqramının həyata keçirilməsi, regional Konfutsi İnstitutları ilə ikitərəfli əməkdaşlığın inkişafı Çin və xarici gənclər arasında mədəni mübadilə, rəqəmsal Konfutsi İnstitutunun yaradılması layihələrinin həyata keçirilməsi müzakirə olunub.