Azərbaycanda qadın xəyanətinin səbəb olduğu cinayətlər


Kriminal 06 Dek 2018 10:55:00 331 0

Azərbaycanda qadın xəyanətinin səbəb olduğu cinayətlər

Ər ona xəyanət edən gənc qadının başını keçəl edərək onu telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb. Son zamanlar xəyanətə görə törədilən qətllərin sayı artmaqdadır. 

Son.az big.az-a istinadla həmin qətllərin bir neçəsini təqdim edir:

- Polis arvadını "Odnoklassniki"də başlayan xəyanətə görə öldürdü.

Belə ki, H.Zərdabi küçəsində kirayədə yaşayan Kəngərli rayon sakini 36 yaşlı Dilavər Əhmədov arvadı, 25 yaşlı Günay Əhmədovanı əlləri ilə boğaraq öldürüb. Daha sonra o, könüllü olaraq Yasamal Rayon Polis İdarəsinə gələrək təslim olub. 

Qeyd edək ki, Dilavər Əhmədov bir müddət polis orqanlarında çalışıb. 

- Lerik şəhər sakini, 40 yaşlı Nazim Xanış oğlu Şahıyev şəxsi münaqişə zəminində həyat yoldaşı, 39 yaşlı Səkinə Şaban qızı Əliyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. 

Cütlük uzun illərdir, rəsmi şəkildə boşansalar da, bir evdə yaşayıblar.

Qeyd edək ki, Nazim Şahiyev məşhur çoban Xanış Şahiyevin oğludur. Qətli törətməkdə şübhəli bilinən Nazim Şahıyevin içki və narkotik aludəçisi olduğu bildirilir.

- Salyanda kişi xəyanət edən arvadını öldürdü.

Belə ki, Zaur Quliyev qardaşı Məmmədağa Quliyevin qardaşı həyat yoldaşı Gülşən Feyziyevanı 1994-cü il təvəllüdlü Nurlan Xankişiyev adlı şəxslə birlikdə görüb. Bu zaman Z.Quliyev N.Xankişiyevi bıçaqlayıb.

Bundan sonra o, Bakıda işləyən qardaşı Məmmədağa Quliyevə zəng vuraraq xəyanət əhvalatını danışıb. Məsələdən xəbər tutan M.Quliyev Salyana qayıdaraq arvadı ilə mübahisə edib və onu balışla boğub. Hər kəsə isə "arvadım xəstəlikdən ölüb" deyib.

- Xətai rayonunda 33 yaşlı Elsevər Şükürov həyat yoldaşını günün günorta vaxtı hər kəsin gözləri qarşısında öldürüb.

Elsevər Şükürov yaşadığı Əhmədli kəndində 31 yaşlı Rəqsanə Şükürovanı bıçaqla qətlə yetirib. E.Şükürov isə özü polisə təslim olub.

Belə ki, hüquq mühafizə orqanları E.Şükürovun həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü müəyyən ediblər.

Məlumata görə, kişi bir müddət idi ki, həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirdi. Lakin əlində əsas olmadığından onu izləməyə başlayıb. Həyat yoldaşının telefonla kiminləsə danışdığını eşidib. Qadın olanlardan boyun qaçırsa da, anidən telefonuna gələn mesajlar Rəqsanə Şükürovanın gizlin sirlərini açıb.

Qonşuların sözlərinə görə, onlar evdə mübahisə etdikdən sonra qadın evi tərk etmək istəyərkən E.Şükürov onu yaşadığı binanın tinində hər kəsin gözləri qarşısında qətlə yetirib.

- Sumqayıt dəhşətli qətl hadisəsi baş verib.

Belə ki, Rafət Feyziyeva əri tərəfindən yaşadıqları mənzildə 18 bıçaq zərbəsi vurularaq qətlə yetirilib.

İddiaya görə, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra kişi həyat yoldaşını öldürmək qərarını alıb. 

Qeyd edək ki, mərhumun iki övladı var.

- Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.

Hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.

Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.