Cinsi əlaqə olar, siqaret olmaz


Digərləri 06 Dek 2018 10:59:00 409 0

Cinsi əlaqə olar, siqaret olmaz

Təyyarə uzun yolları qısaldan, günümüzdə isə nə qədər qəribə olsa da ən təhlükəsiz nəqliyyat vasitəsi sayılır.

Ömründə heç olmazsa 1 dəfə belə olsa hava nəqliyyatından istifadə edən şəxs uçuşdan öncə, uçuş zamanı və enişdə pilot və bələçilərin etdiyi anonsları yaxşı xatırlayar.

Son.az news24.az-a istinadən təyyarədə mövcud olan qadağaları, uçuş haqqında gəzən əfsanələri və icazə verilən hərəkətləri təqdim edir:

Telefona gələn adi mesaj "Boeng"i qəzaya sala bilər?

Telefona gələn zəng və ya mesajın siqnalı yerdən pilotlara verilən vacib məlumata mane ola bilər. Buna misal, uçuş və enişdə yaranan problemlər, hazırda eniş zolağının boş olmamasını göstərmək olar.

Avtopilot təyyarəni endirə bilər?

Təbii ki, yox. Avtopilot funksiyası, sadəcə olaraq, uçuş prosesini sadələşdirir.

Təyyarədəki tualetlərdə siqaretdən istifadə qadağandırsa, o zaman niyə kül qabı var?

Qadağan olsa da hələ də təyyarədə olan sərnişinlərin bəzilər tualetdə siqaretdən istifadə edir.

Külqabı isə siqaret qalıqlarını kağızla dolu zibilqabına atmamaq üçündür. Başqaları sizin günahınızın cəzasını çəkməməlidir.

Əlavə yemək istəyə bilərəm?

Adətən təyyarədə ümumi sərnişin sayından 8-15 ədəd artıq yemək porsiyası olur. Şirkət bunu yeməyin kiminsə əlindən düşmə ehtimalı olduğu üçün həm də sərnişinin əlavə yemək istəmə ehtimalına görə edir.