Nikol Paşinyan Rusiyada səfərdədir


Dünya 06 Dek 2018 10:38:09 272 0

Nikol Paşinyan Rusiyada səfərdədir

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Rusiyaya səfərə gedib.

Son.az report-a istinadən xəbər verir ki, dekabrın 6-da Sankt-Peterburqda ittifaqın iclası keçiriləcək.

Toplantıda internet-bazarın tənzimlənməsi, şəbəkə texnologiyasının inkişafı, neft satışı üçün ümumi bazarın formalaşması, təbii qaz və neft məhsulları siyasəti üzrə müzakirə ediləcək.